Haqqımızda
AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASI
“KURORT” QAPALI SƏHMDAR CƏMİYYƏTİ
“Abşeron” mədə-bağırsaq sanatoriyası


Azərbaycanda kurort mövsümü il boyu davam edir. Respublika zəngin və bəzi münasibətlərdə nadir rekreasiya və kurort resurslarına malikdir. Dağlıq və dağətəyi rayonların gözəl təbiəti, şəfaverici balneoloji mənbələri və müalicəvi palçıqları, gözoxşayan dağ gölləri və şəlalələri, Xəzərin qumlu çimərlikləri, Abşeronun üzümlük və əncirlikləri və eləcə də günəş işığının bolluğu il boyunca dolğun istirahət və sanatoriya və kurort müalicəsi üçün hər bir şərait yaradır.

“Abşeron” mədə-bağırsaq sanatoriyası ölkə paytaxtı vəzifəsini yerinə yetirən Bakı şəhərindən cəmi 35 km aralıqda, Abşeron yarımadasının sahilində, Mərdəkan qəsəbəsində yerləşir.

Sözsüz ki, hər birimiz Varnanın qızıl qumları, Soçi çimərlikləri, Krım havası və Anapa günəşi barədə uzun-uzadı hekayələr eşitmişik. Lakin bu kurortlar arasında tək Mərdəkan sadaladığımız təbii xassələrin hamısını özündə cəmləşdirir. Qızılı kvars qumları, günəşli günlərin ən böyük sayı, hərarətcə mülayim Xəzər dənizi və ultrabənövşəyi şüalarla zəngin olan günəş adıçəkilən Abşeron kurortunu fərqləndirən xüsusiyyətlərdəndir.

Mərdəkana xas olan iqlim tipinin və təbii mənbələrin müalicəvi özəllikləri barədə biliklər qədim vaxtlardan bəri məlumdur. Artıq neçənci yüzillikdir ki, müalicə almaq üçün insanlar məhz Mərdəkana üz tutur. Müxtəlif duzlar, brom və yod buxarları ilə zəngin olan Mərdəkan havasının özü belə müalicəvi təsir göstərir. Bəs buranın dənizi? Mərdəkan sahilində dəniz suyunun hərarəti may ayında 19oC, avqustda – 27oC, oktyabrda isə 18,5oC təşkil edir. Park və bağlarla əhatə olunmuş kurort qəsəbəsi ölkənin hər bir tərəfindən ziyarətçiləri özünə cəlb edir. Minlərlə insan Mərdəkanda sağlamlığını bərpa edir, dincəlir və qüvvət yığır.

Müalicə və iqlim amillərinin kombinasiyası, həkimin müvafiq göstərişi ilə “sehrli su” anlamına gələn məşhur “Sirab” mineral suyunun qəbulu Mərdəkanı mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün ideal məkana çevirir. Müalicəvi hava, günəş və gün vannaları, eləcə də qocaman Xəzər dənizi burada istirahət edənlərin yaddaşından əsla silinməyəcək.

Mərdəkan ərazisinin böyük hissəsi əncir, tut və üzümlüklər tutur. Burada yetişən üzüm və əncir olduqca zəngin qida dəyərinə malikdir və həkimlərin məsləhətinə əsasən, diyetik müalicə növündə qida rasionuna əlavə edilir.

Məhz bu səbəblərə görə Mərdəkanda yerləşən “Abşeron” mədə-bağırsaq sanatoriyası olduqca populyardır.

“Abşeron”-u seçmiş pasiyentlər təcrübəli həkimlər tərəfindən qarşılanıb müayinə olunur və növbəti 18 gün ərzində daimi tibbi nəzarət altında olurlar. Bundan əlavə, özündə arxitektur cəhətdən milli memarlıq ənənələrinin və müasir üslubun ahəngini təcəssüm etdirən tam komfortlu yaşayış korpusları, tennis meydançası və geniş park hər zaman ziyarətçilərin xidmətindəndir.

Sanatoriyada hökm sürən abu-hava o dərəcədə ailəvi və xoşagələndir ki, ziyarətçilərə müsbət təsirini anında ötürür. Burada hər bir şey tək məqsədə tabedir; bu məram – insanları xoşagəlməz və qıcıqlayıcı amillərdən mümkün qədər uzaqlaşdırmaq və müalicənin səmərəliyini təmin etməkdir.

Həkimlərin fikrincə, rahat mebel, əlvan xalçalar, geniş salon və koridorlar, bir sözlə, estetika və harmoniya insan səhhətinə müalicəvi təsir göstərən faktorlara aiddir.

Sanatoriyanın xidmətlərinə yod-brom vannaları, naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə ala daxildir. Buranın müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir.

Qidalanma Müalicə İstirahət Yaşayış